Şəxsin xəbəri olmadan evi satılır - MƏHKƏMƏDƏ ŞOK


14:26     26 Oktyabr 2015 apilyasiya%20mehkemesi(01.02.2013).jpg



23 oktyabr 2015- ci tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə iddiaçı Əhmədov Cavanşir Kazım oğlu və cavabdeh Əhmədov Yusif Kazım oğlunun işi üzrə məhkəmə prosesi keçirilib. Xatırladaq ki, şəxslər qardaşdır və məhkəməyə müraciət səbəbi də, aralarında yaranan mülk məsələsidir.


Femida.az xəbər verir ki, cavabdeh Əhmədov Yusif Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin Hakimi Elmar Rəhimovun verdiyi , 11 iyun 2015-ci il tarixli 2(011)-786/15 saylı qətnaməsi ilə razı olmadığı bildirdi. Onun sözlərinə görə, məhkəmə qərarı əsassız və qərəzlidir.
Bu məhkəmə prosesində də hakim Məmməd Məmmədov Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarı etibarlı sayıb və qüvvədə saxlayıb. Xatırladaq ki, əvvəlki, məhkəmə prosesində hakimlə tərəflər arasında kiçik anlaşılmazlıq olub. Buna səbəb isə, cavabdeh tərəfin hakimlərdən yuxarı orqanlara şikayət etmələri idi.
Qarşı tərəf bu qərara kəskin etirazını bildirib. Onlar iddia ediblər ki, hər iki məhkəmə prosesində obyektiv araşdırma aparılmayıb. Bu səbəbdən də, məhkəmə yekunda düzgün nəticəyə gəlməyib. Həmçinin Apellyasiya Məhkəməsi cavabdeh tərəfin vəkili Rüfət Sadıqovun vəsatətini təmin etməyib. Vəkilin sözlərinə görə,
“Həmin iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Elmar Rəhimovun 23.02.2015-ci il tarixli, 2(011)-786/2015 saylı Qərardadı ilə bağlı təyin edilmiş Azərbaycan Respublikasının Əmlak Məsəsələri Dövlət Komitəsinin 67/04-15/E-03-V saylı, 13 aprel 2015-ci il tarixli Ekspert rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6348 saylı, 23 aprel 2015-ci il tarixli Ekspert Rəyi aşağıdakılara əsasən əsassız, qeyri obyektiv, kifayət qədər aydın və ya tam olmadığından əlavə ekspertiza keçirilməlidir.

Belə ki, Əmlak Bazar İştirakçıları İB-nin rəyində mühəndis avadanlıqları bölməsində həmin evin özülünün və tavanının beton olduğu, döşəməsinin laminat olduğu göstərilib. Həmin evin mövcud vəziyyətinin düzgün əks olunmaması və qəzalı vəziyyətdə olmasının göstərilməməsi səbəbindən onun qiymətinin artmasına səbəb olmuş və həmin vəziyyətin onun qiymətinə təsir göstərən amillər ətrafında mülahizələr tam təhlil edilməyib.

Əlavə olaraq bildirmək istəyirəm ki, Əmlak Bazar İştirakçıları İB-nin rəyində həmin evin qiymətləndirmə anında mövcud olan fiziki köhnəlmə dəyəri çıxılmamış və yarım zirzəmi qiymətləndirilərkən müvafiq olaraq, 0,60 və 0,85 keçid əmsalları tətbiq olunmayıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6348 saylı, 23 aprel 2015-ci il tarixli Ekspert Rəyi Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2., 2.4, 2.7, 2.9 bəndləri və metodik tövsiyələrin tələbləri əsas gətirilərək Bakı ş., Binəqədi r., M.Ə.Rəsulzadə qəs., İ.Hacıyev küç., ev 9-da yerləşən fərdi yaşayış evinin iki bərabər hissəyə bölünməsinin mümkün olmadığı müəyyən edilib.

Bildirmək istəyirəm ki, həmin norma və qaydalar tikinti üçün nəzərdə tutulduğundan onda 1956-cı il tarixində tikilmiş bir evin naturada bölünməsi nəzərdə tutulmayıb.”

Cavabdeh tərəfin vəkili Rüfət Sadıqov həmçinin burada pozulmuş ciddi hüquqi məsələrə də, aydınlıq gətirib.

Mülki Prosesual Məcəllənin:
Maddə 9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi

9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Belə ki, cavabdeh məhkəməyə çağrılmadan proses keçirilmiş ve iddiaçının vəsasətləri təmin edilib.

47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

Cavabdeh prosesə dəvət edilmədiyindən MPM-nin 47.2. maddəsinə əsasən heç bir hüququndan istifadə edilməmiş və iş üzrə çıxarılan qərardadlardan şikayət edə bilməyib.

97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar.
97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.

Hakim E.Rəhimov cavbdehin iştirakı olmadan ekspertə səhv sualı özü təyin edib.


MPM 102.2. maddəsi: Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

Vəsatətdə göstərilən pozuntulara rəğmən E.Rəhimov təkrar ekspertiza keçirməliydi. Lakin bunu etməyib.

Apellyasiya məhkəməsi də MPM 102.2. maddəsini "Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər." pozaraq təkrar ekspertiza keçirməmiş və E.Rəhimovun bütün qanun pozuntularına göz yumub.”


Miri məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 5433


Oxşar xəbərlər