Qanunsuz ov tüfəngləri götürülüb


16:41     11 Mart 2019 tufeng.jpg

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Salyan rayonunun Xurşud kənd sakini X.Camalov müvafiq sənədi olmayan “İJ-26” markalı tüfəngi könüllü olaraq RPŞ-yə təhvil verib.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Ə.Hüseynlidən müvafiq sənədi olmayan “İJ-16” markalı tüfəng və 3 ədəd patron götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 551