BMT təyyarə qəzasında 22 əməkdaşının öldüyünü açıqladı


19:21     11 Mart 2019 19_03_11_1552317692.jpg

Bazar günü qəzaya uğrayan “Ethiopian Airlines” laynerində 22 nəfər BMT əməkdaşı olub.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat ofisindən bildirilib. Daha əvvəl təyyarədə BMT-nin 19 əməkdaşının olduğu deyilirdi.


Xatırladaq ki, Debre-Zeyt şəhərində düşən “Boeing 737”də 35 ölkənin 157 vətəndaşı olub. Onların hamısı ölüb.

Açar sözlər:

Oxunub: 302