Türkiyə “Boeing 737” ilə uçuşları dayandırdı


21:33     12 Mart 2019 19_03_12_1552411005.jpg

“Türk Hava Yolları” şirkəti “Boeing 737 Max 8” sərnişin təyyarələri ilə uçuşları dayandırıb.
Femida.az xəbər verir ki, bununla bağlı Türkiyə Mülki Aviasiya Təşkilatı qərar qəbul edib. Qərara əsasən, şirkətin balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.

Qeyd edək ki, martın 10-da Efiopiyada “Boeing 737 Max 8” sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. Bu hadisədən sonra bir sıra ölkələr “Boeing” təyyarələri ilə uçuşları dayandırıblar.

Açar sözlər:

Oxunub: 567