Ağcabədidə əməliyyat: Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
10:40 13 Mart 2019
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini Vahid Əhmədovun üzərindən 2 bükümdə ümumi çəkisi 6.207 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırmalarla V. Əhmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 225 qram heroin aşkar edilərək götürülüb.
Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elşən Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 0.600 qram heroin, yaşadığı evə baxış keçirilən zaman 5.059 qram heroin aşkar edilərək götürülüb. Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"