Azərbaycanda baş nazirin keçmiş müavini vəfat etdi
11:20 13 Mart 2019
Keçmiş nazir, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədov vəfat edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Musa Salam oğlu Məmmədov 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Musa Məmmədov 1932-ci il iyul ayının 15-də Qəbələ rayonunda doğulub. M.Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb. 1964-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi vəzifəsinə təyin olunur. O, 1968-1970-ci illərdə Dövlət Çörək Məhsulları və Qarışıq Yem Sənayesi Komitəsinin sədr müavini və Respublika tədarük nazirinin müavini işləyib. Bacarığını, aqrar sahəni dərindən bilməsini nəzərə alınmaqla Musa Məmmədov nazir müavini təyin edilir (1970-1979-cu illər). O, peşəkar və səriştəli kadr kimi Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzər-dıqqətini cəlb edir və onu "Azərkəndkimya" Elm-İstehsalat Birliyinin sədri vəzifəsinə irəli çəkilir (1979-1984). Musa Məmmədov ona göstərilən bu yüksək etimadı doğruldur, özünü bacarıqlı rəhbər işçi, kənd təsərrüfatının bütün sahələrini dərindən bilən bir mütəxəssis kimi göstərə bilir. 1984- 1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1986- 1989-cı illərdə sədrin birinci müavini və Dövlət Aqrar Sənaye Komitəsinin sədri, 1989-2001-ci illərdə Respublika Meşə Təsərrüfatı İstehsal Birliyinin sədri vəzifələrində çalışıb. Daha sonra o, Baş nazirin, son günlərə kimi isə Kənd təsərrüfatı nazirinin müşaviri vəzifələrində çalışıb.
M.Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteran olub.
Allah rəhmət eləsin!
Femida.az
Oxunub: 648
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib