İki piyada yol qəzasının qurbanı oldu


13:11     13 Mart 2019 piyada2.jpg

Martın 12-də saat 20 radələrində Beyləqan şəhərinin ərazisində şəhər sakini Ş.Təhməzov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən həmyerlisi T.Nağıyevi vurmuşdur.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Anoloji hadisə martın 12-də saat 20 radələrində Qusar rayonunun Aladaş kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Z.Paşayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi C.Ağamuradovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağlı arşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 420