Özünüməşğulluq proqramını 77 təlimçi tədris edəcək

Özünüməşğulluq proqramını 77 təlimçi tədris edəcək


17:22     18 Mart 2019 2019/03/image-1552913841_1552915466.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi başa çatıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, Bakıda növbəti təlim kursları keçirilib və paytaxtın rayonları üzrə 11 nəfər kursu uğurla başa çatdırıb. Bundan əvvəl isə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında təlimlər keçirilməklə 66 təlimçi hazırlanmışdı. Beləliklə, cari ildə özünüməşğulluq proqramı üzrə təlim kursları 77 təlimçi tərəfindən tədris ediləcək.

Təlimlərdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Kurslarda BƏT-in Azərbaycan üzrə baş təlimçisi tərəfindən aidiyyəti mövzularda bilik və bacarıqlar tədris olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 87