Bayrama gələnlər qəzaya düşdü - Azərbaycanda


17:12     20 Mart 2019 qeza_yeni.jpg

Sumqayıtdan Qubaya bayrama gedənlər qəzaya uğrayıb.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, qardan sonra yolun sürüşkən olması səbəbindən Quba-Qonaqkənd yolunun 38-ci kilometrliyində "JEEP" markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan 5 nəfərdən ikisi - Sumqayıt şəhər sakinləri, 1971-ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara bədənin əziyi, körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

Digər sərnişinlər isə yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 430