Evindəki dibçəkdə çətənə əkdi

Evindəki dibçəkdə çətənə əkdi


19:28     20 Mart 2019 19_03_20_1553095852.jpg

İsmayıllı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, martın 19-da İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 140


Oxşar xəbərlər