“Report” 1 yaşında


13:21     27 Oktyabr 2015 repot20152027.jpg


Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından bir il ötür.

Femida.az xəbər verir ki, “Report” İA ötən bir il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Femida.az kollektivi adından həmkarlarımızı təbrik edirik.

Açar sözlər:

Oxunub: 1029