Kimi yaxından çəkən fotoqraf işdən qovuldu
11:59 23 Mart 2019
Şimali Koreya lideri Kim Çen Inın şəxsi fotoqrafı vəzifəsindən azad olunaraq partiyadan qovulub.
Femida.az “Daily NK”ya istinadən xəbər verir ki, söhbət Ri soyadlı fotoqrafdan gedir. “Korean Art Film Studio”da çalışan Ri Kim Çen İni həddindən artıq yaxından çəkdiyi üçün qovulub.
Bundan başqa onu Şimali Koreyanın Ali Xalq Məclisinin seçkiləri günündə ölkə rəhbərini çəkməklə bağlı qaydaları pozmaqda ittiham edirlər.
Oxunub: 377