BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb
13:42 23 Mart 2019
İsveçrənin “Stadler” şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları üçün istehsal edilən Bakı-Tbilisi-Qars-Ankara-Bakı reysini yerinə yetirəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.
Femida.az “Kars Manşet”ə istinadən xəbər verir ki, gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var. Türkiyəyə lokomotivlə aparılan yeni nəqliyyat vasitəsi Türkiyə-Gürcüstan sərhədindən keçirilərək Azərbaycana gətiriləcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində Ankara-Bakı, Bakı-Ankara reyslərini yerinə yetirəcək qatarın səfərləri 2019-cu ilin sonundan etibarən gerçəkləşdiriləcək.
Femida.az
Oxunub: 484