“Monteneqroda heç bir aktivimiz yoxdur” - Süleyman Qasımov


14:38     27 Oktyabr 2015 e33522a92d5c2b3eec36bbb558f54895.jpg

SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur.


APA-nın xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Monteneqronun bank sektoruna daxil olması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirib.

Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.

Açar sözlər:

Oxunub: 1456


Oxşar xəbərlər