“İŞİD”-çi gənclərə hökm oxundu - 28 il


17:41     27 Oktyabr 2015 hokm8.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada "İŞİD"in tərkibində vuruşmaqda təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxslər son söz deyiblər. Telman Bəkirov son sözündə heç bir günahının olmadığını bildirib:

"Burda insan taleyi həll olunur. Mən Suriyaya getməyə-getməyə boynuma qoyursuz".

Mübariz Tahirov da son sözündə Suriya sərhədinə keçmədiyini bildirib: "Mən sərhəddən geri qayıtmışam. Ayağım Suriya torpağının bir qarışına da dəyməyib".

Hakimlər Kollegiyasının hökmü ilə hər iki təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin və "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.(qafqazinfo)

Açar sözlər:

Oxunub: 1129


Oxşar xəbərlər