Aşura günü itən molla tapıldı
18:01 27 Oktyabr 2015
Salyan rayonunun Kürsəngi kəndinin Aşura günü yoxa çıxmış 52 yaşlı mollası Böyükağa Məmmədov dünən axşam saat 22 radələrində evlərinə qayıdıb.
Femida.az xəbər verir ki, bu barədə virtualaz.org saytının Şirvan bürosuna B.Məmmədovun yaxınları məlumat verib.
Onların sözlərinə görə, din xadimi evə dönməzdən 2 saat əvvəl iki gün ərzində bağlı olan mobil telefonundan qızına zəng vuraraq “narahat olmayın, evə qayıdıram” deyib.
Sonra B.Məmmədov özünə məxsus avtomaşınla evinə qayıdıb. Yaxınları onun başına gələnlər barədə söylədiklərinin təfərrüatlarını açıqlamaqdan imtina ediblər.
B.Məmmədov dünən axşam Salyan Rayon Polis Şöbəsinə çağırılıb və izahatı alınıb.
Oxunub: 1026
Oxşar xəbərlər
- Aşura günü qan verən 38 nəfərdə sifilis tapıldı
- Aşura günü 1722 litr qan toplanıb
- Aşura günü qanvermə aksiyası keçiriləcək
- Aşura tədbirləri fətvaya uyğun həyata keçiriləcək
- Aşura günü maşın oğurlayanlar narkoman çıxdı
- Aşura qansız ötüşdü
- Aşura günü FOTOLARDA
- Aşurada qadağalar olacaq
- Aşurada min litr qan yığılıb
- Aşura günü ilə bağlı əhaliyə - Xəbərdarlıq