Osman Sarıvəllinin oğlu vəfat edib


21:30     28 Mart 2019 2019/03/0850953F-695E-4332-AF0D-914BFCE20D27_1553794376.jpeg

Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Kamal Qurbanov vəfat edib.

Femida.az-ın xəbərinə görə, bu barədə yazıçı Firuz Mustafa məlumat verib.

F.Mustafa bildirib ki, fəlsəfə elmləri doktoru, professor Kamal Qurbanov 80 yaşında dünyasını dəyişib və bu gün atasının yanında, Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki. K.Qurbanov uzun illər Türkiyədə yaşayıb, müxtəlif universitetlərdə fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. fənlərdən mühazirələr oxuyub. O, həm də bir çox jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvü olub.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 342


Oxşar xəbərlər