Aprelin 7-də növbəti buraxılış imtahanı keçiriləcək
11:33 01 Aprel 2019
Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_... linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək
- Aprelin 29-30-da Azərbaycanda növbəti buraxılış imtahanları keçiriləcək
- Aprelin 5-dək ictimai nəqliyyat işləməyəcək
- Aprelin 1-dən tibbi sığorta bütün respublika üzrə tətbiq olunacaq - RƏSMİ AÇIQLAMA
- Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlandı
- Aprelin son günü hava proqnozu
- Aprelin 25-nə manatın məzənnəsi
- Aprelin 24-nə manatın məzənnəsi
- Aprelin 15-nə manatın məzənnəsi
- Aprelin 14-də 28919 şagird imtahan verəcək