İrandan narkotik gətirən iki nəfər həbs edildi
12:41 01 Aprel 2019
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmailov və tanışı Nadir İsmayılov saxlanılıblar.
Onların əlində olan 3 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə ediblər.
Onlar tiryəki satmaq niyyəti ilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana keçmək istəyən narkotacir saxlanılıb
- İrandan gələn daha bir maşında narkotik tapıldı - FOTO
- İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub