Yoxlamalar aparıldı - 23 milyon manat büdcəyə qaytarıldı


17:21     01 Aprel 2019 19_04_01_1554124929.jpg

Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min manat ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib.


Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda öz əksini tapıb.

Eyni zamanda, 472,4 min manat məbləğində vəsait qurumların hesablarına və 732,2 min manat məbləğində vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib.

O cümlədən, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib.

Beləliklə, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub.

DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilmiş vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib.

Açar sözlər:

Oxunub: 478


Oxşar xəbərlər