“Oba” marketə silahlı hücum olub


12:16     02 Aprel 2019 19_04_02_1554193035.jpg

Bakıda marketlər şəbəkəsinin bir filialına silahlı hücum baş verib.


Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə aprelin 1-i səhər saat 09 radələrində qeydə alınıb.

Yasamal rayonunda yerləşən “Oba” marketə hücum edən Mingəçevir şəhər sakini Murad Mustafayev orada satıcı işləyən 1986-cı il təvəllüdlü Mahirə Əhmədovanı cibindən çıxardığı bıçaqla xəsarət yetirəcəyi ilə hədələyib.

Daha sonra bıçaqla vuraraq kassanı sındırıb və içindən 205 manat götürərək oradan qaçıb.

M.Mustafayev hadisədən sonra saxlanılıb.

Açar sözlər:

Oxunub: 391