Dövlət qulluğuna 358 nəfər ərizə verib
14:55 02 Aprel 2019
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
DİM-dən Femida.az-a verilən məlumata görə, martın 28-i saat 14.30-a olan məlumata görə, müsahibədə iştirak etmək üçün 358 nəfər ərizə verib. Ən çox müraciət Maliyyə Nazirliyində (23 vakant yerə 267 nəfər) qeydə alınıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.
Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 73 vakant vəzifənin 2-si 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 53-ü isə 7-ci təsnifata aid olmaqla, 2-si BA, 71-i isə BB vəzifə qrupuna aiddir.
Müsahibədə iştirak üçün qeydiyyat aprelin 14-dək davam edəcək.
Femida.az
Oxunub: 296
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib