İranda sel qurbanlarının sayı 57 oldu


22:16     02 Aprel 2019 19_04_02_1554229077.jpg

İranda sel fəlakətinin qurbanlarının sayı artaraq 57 nəfərə çatıb.

Femida.az “İrna” agentliyinə istinadən xəbər verir ki, 478 nəfər isə daşqınlar nəticəsində xəsarət alıb.

Onlardan 430-u xəstəxanada həkim nəzarətindədir. Sel səbəbindən 630 kənd və qəsəbəyə ziyan dəyib. 350 körpü və su kanalı isə dağılıb.

Açar sözlər:

Oxunub: 290