Gəncədə dəhşətli hadisə:Torpağın altında qalıb öldü


09:13     03 Aprel 2019 2019/04/15278-1554237649_1554268517.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsinin baş verməsi, 1 nəfərin torpaq kütləsinin altında qalması barədə məlumat daxil olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 366