Məhkəmələrdə 70 iş üzrə bəraət hökmü çıxarılıb


12:27     03 Aprel 2019 1398947325_mehkeme3.jpg

2018-ci ildə ibtidai araşdırma zamanı həbsdən azad olunan şəxslərin sayı 132 nəfər olub.


Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, bunlardan 129 nəfəri həbsdə saxlama zərurəti olmadığına görə, 1 nəfər əməlin böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilməsi ilə əlaqədar, 2 nəfər həbsdə saxlama müddəti bitməsi ilə əlaqədar müvəqqəti saxlama yerinin müdiriyyəti tərəfindən azad olunub.

Ötən il birinci instansiya məhkəmələrinin iclaslarında yekun qərar qəbul edilmiş işlərin sayı 11 817 olub. 10 025 iş üzrə ittiham hökmü, 70 iş üzrə bəraət hökmü çıxarılıb, 1677 iş üzrə icraata xitam verilib. Birinci instansiya məhkəmələrinin iclaslarında işlərinə baxılmış şəxslərin sayı isə 14 126 olub.

Açar sözlər:

Oxunub: 483