Azərbaycanda uşaqlara şəxsiyyət vəsiqəsi almaq çətinləşdi


09:35     04 Aprel 2019 19_04_04_1554356153.jpg

ASAN Xidmət mərkəzlərində azyaşlı uşaqlara şəxsiyyət vəsiqəsi almaq asanlaşmaq əvəzinə, çətinləşib.


Femida.az -ın məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, uşaqlarına şəxsiyyət vəsiqəsi almaq üçün ASAN-a müraciət edən vətəndaşlara bildirilib ki, onların doğum haqqında şəhadətnamələri ilə bağlı məlumat bazası sistemdə yoxdur. Və mərkəzdən o da əlavə olunub ki, hər gün bu problemlə üzləşən xeyli vətəndaş var.

Qeyd olunur ki, Ədliyyə Nazirliyi azyaşlıların doğum haqqında şəhadətnamələrindəki məlumatları Daxili İşlər Nazirliyinin bazasına təqdim etməyib.

Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Açar sözlər:

Oxunub: 547