Hesablama Palatası DTX-ya nə təqdim edib?


12:48     05 Aprel 2019 19_04_05_1554454143.jpg

Hesablama Palatasının illik hesabatı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Femida.az -ın xəbərinə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların beşi analitik təhlil, 53-ü audit formasında həyata keçirilib:

“Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, ikisi xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericiliyinin pozulması, mühasibat və dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən, sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb”.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, son beş ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib:

“Ümumilikdə isə son beş ildə ərzində 72,1 milyon manat vəsaitin bərpası təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, dörd təklif məqbul sayılmayıb, dördünə münasibət bildirilməyib.

2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə altı yeni təklif təqdim edib”.

V.Gülməmmədov deyib ki, hesabat ilində səkkiz nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, bir nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Hesabat ətrafında müzakirələrə başlanılıb.

Açar sözlər:

Oxunub: 494