Mətbuat Şurası bu sayta xəbərdarlıq etdi
17:38 05 Aprel 2019
Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan Femida.az-a verilən məlumata görə, komissiya ilk olaraq “Karolina Valiant” mağazasının nümayəndəsi Hüseyn-Xəzər Məmmədovun “yenixeber.org” saytına qarşı şikayətini araşdırıb. Müəyyən edilib ki, narazılıq doğuran material hazırlanarkən balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. MŞ adından “yenixeber.org” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyə olunub.
İclasda “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Bakı şəhəri Nərimanov rayonu üzrə 7 №-li filialının İdarə Heyətinin “emtv.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt rəhbəri şikayətdə qeyd olunan iradları aradan qaldırmağa hazır olduğunu bildirib. Şikayətçi tərəf bununla razılaşıb.
Ağstafa Rayon İcra hakimiyyətinin keçmiş başçısı Məhərrəm Quliyevin “Xalqxeber.az” və “Dia.az” saytlarına qarşı şikayətinin müzakirəsində xəbər saytlarının təmsilçiləri bildiriblər ki, şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb. Komissiya üzvlərinin sözlərinə görə, KİV haqqında qanunda ilk mənbəyə istinad əsas götürülür və istinad edilərsə, hər hansı digər KİV-də yer almış materialı yayımlamaqda məsuliyyət yaranmır. Lakin KİV yayımladığı materialla bağlı araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalı, obyektivliyi təmin etməlidir.
Femida.az
Oxunub: 441
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
- Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
- Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
- Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
- Mətbuat işçilərinə Prezidentin fərdi təqaüdü verilib
- Mətbuat Şurası həftəsonu qadağası ilə bağlı jurnalistlərə müraciət etdi
- Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
- Mətbuat Şurası KİV-lərə müraciət edib
- Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb