Paşinyan hakim qarşısında ifadə verdi


22:13     05 Aprel 2019 2019/04/22-06-52-011ec46d1d36f23873f0fc32f22e6470_1554487655.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan şahid qismində hakim qarşısına çıxıb.

Bu barədə “Qraparak” qəzeti yazıb. Paşinyan 2017-ci ilin 31 martında “Yelk” kampaniyası zamanı ittifaqın tərəfdarı Ayk Sarkisyana qarşı zorakılıq göstərməkdə və bununla da ictimai asayişi pozmaqda ittiham olunan Artur Ayvazyanın məhkəməsində ifadə verib.

Qəzetin məlumatına görə, məhkəmədə hakimlərə baş nazirə suallar verməklə bağlı məhdudiyyətlər qoyulub. Müttəhim, həmçinin, Paşinyana çoxlu suallarının olduğunu, ancaq onları verməkdən çəkindiyini deyib:

“Bu, mənim şəxsi işimdir. Mən çirkin siyasi oyunlarda olmayacağam. Mən baş nazirə və şahidlərə suallar verməkdən çəkinirəm”.

Açar sözlər:

Oxunub: 398