ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq etdi


14:24     06 Aprel 2019 2019/04/venesue_1554541577.jpg

ABŞ Venesuelada dövlət neft şirkəti PDVS-in sahib olduğu və ya işlətdiyi 34 gəmi və Kubaya xam neft nəql edən iki şirkətə sanksiya tətbiqini qərara alıb.


Bu barədə ABŞ Maliyyə Nazirliyindən açıqlama verilib. Açıqlamada Venesuelada Maduro hökumətini ayaqda saxlayan gəmi və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq olunacağı bildirilib. Dövlət neft şirkəti PDVS-in sahib olduğu və ya işlətdiyi 34 gəmi və Kubaya xam neft nəql edən iki şirkətin sanksiya siyahısına əlavə edildiyi qeyd olunub. Xatırladaq ki, ABŞ Venesuelada hökumətin əsas gəlir mənbələrindən biri olan neft şirkəti PDVS-ə yanvar ayında da sanksiyalar tətbiq etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 342