"Brexit" ləğv oluna bilər


12:27     07 Aprel 2019 160601191347_brexit_624x351_thinkstock_nocredit.jpg

Böyük Britaniyanın baş naziri parlament və hökumətin Brüsselə razılaşma üzrə kompromisə gəlməyəcəyi halda ölkənin ümumiyyətlə, Avropa İttifaqından çıxmasının mümkün ola bilməyəcəyini bəyan edib.

Bu barədə T. Meyin ofisi məlumat yayıb.

Baş nazir parlamentin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına mane olduğunu dərk etməli olduğunu vurğulayıb: “İndi bizim qarşımızda Avropa İttifaqından razılaşma əldə edilmədən çıxmaq, yaxud ümumiyyətlə, Avropa İttifaqının tərkibində qalmaq seçimləri durur. Mən mövqeyimdə qalıram. Biz Brexit-ə nail olmalıyıq və bunun üçün də müqavilə şərtlərini razılaşdırmalıyıq. Parlamentdə mübarizə nə qədər uzun davam etsə, Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmaq riski bir o qədər artır. Böyük Britaniya xalqı Avropa İttifaqının tərkibindən çıxmağı dəstəkləyib, buna yol vermək olmaz. Mən bu həftə yenə Brexit-lə bağlı müəyyən vaxt ayrılması üçün Brüsselə səfər edəcəm”.
Qeyd edək ki, T. Mey Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının iyunun 30-ə qədər uzadılması ilə bağlı Brüsselə məktub göndərib. Əgər parlament Brexit-ə dair razılaşmanı dəstəkləyərsə, Böyük Britaniya mayın 23-nə – Avropa Parlamentinə seçkilər keçirilənə qədər Avropa İttifaqından çıxa bilər. Hazırkı razılaşmaya görə isə Böyük Britaniya aprelin 12-dək Avropa İttifaqından çıxmalıdır.

Avropa İttifaqı aprelin 10-də Brexit-lə bağlı təcili sammit keçirəcək. / ONA

Femida.az

Açar sözlər: #Brexit  

Oxunub: 326