Şirvanda iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb


16:18     07 Aprel 2019 19_04_07_1554639556.jpg


Şirvanda iki minik avtomobili toqquşub.


ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Hacıqabul sakini, 1979-cu il təvəllüdlü Babayev Rafət Rasim oğlunun idarə etdiyi “Mersedes” markalı “90 EK 390” dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1979-cu il təvəllüdlü Hüseynov Əfsus Rafik oğlunun idarə etdiyi VAZ 21099 markalı “10 HE 478” dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hər iki avtomobilin sürücüsü Şirvan şəhər xəstəxanasına yerləşdirilib. VAZ 21099 markalı avtomobilin sürücüsü ağır kəllə-beyin travması aldığı üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Şirvan  

Oxunub: 436