Rezidentura imtahanının nəticələri AÇIQLANDI
15:57 08 Aprel 2019
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, namizədlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib. 450 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.
Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 89 bal olub.
Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.
Femida.az
Oxunub: 648
Oxşar xəbərlər
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- DİM rezidenturaya sənəd qəbulu elan edib
- Rezidenturaya qəbulun nəticələri açıqlanıb
- Sabahdan rezidenturaya ixtisas seçimi başlanır
- Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir
- Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri elan edilib
- Rezidenturaya və hərbi liseylərə imtahanlar keçirilib
- Rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçirilib
- Bu gün rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək
- Kolleclərə və rezidenturaya sənəd qəbulu başlayıb