Ağdamda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib


17:18     08 Aprel 2019 2019/04/agacekme_1554729600.jpg

Müyəssər Texnologiyalar və Ətraf Mühit üzrə Qlobal Alyansın Azərbaycan üzrə nümayəndəsi İlkin Əliyev və Beynəlxalq Gənclər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Məhbubə Musayevanın təşəbbüsü və təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin xüsusi dəstəyi ilə "Ağdam Şəhidlərinin xatirəsinə" adlı ağacəkmə aksiyası keçirilib.


Femida.az bildirir ki, aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra ölkəmizdə dünyaya gələn 10 milyonuncu sakinin məhz Ağdamlı olması Rayon İcra Hakimiyyəti müavini tərəfindən xüsusi vurğulanıb.

Layihənin təşkilatçıları və iştirakçılar tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş 538 Ağdam şəhidinin sayı qədər ağaç əkilib.

Beynəlxalq Gənclər Cəmiyyətinin rəhbəri Məhbubə Musayevanın verdiyi məlumata əsasən, cəmiyyət sosial sahədə müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 502