Rüfət Axundov efirdəki ədəbsizliyə görə vəzifəsini itirdi


17:54     08 Aprel 2019 19_04_08_1554731785.jpg


Müğənni Rüfət Axundov efirdəki ədəbsizliyə görə vəzifəsini itirib. Belə ki, aprelin 7-də Space TV-nin “Hər səhər” verilişində müğənni efirdə ədəbsiz söz və ifadələr işlədib.

Femida.az xəbər verir ki, buna görə Milli Televiziya və Radio Şurası televiziyanı səkkiz min manat cərimələyib.

R.Axundov bu hərəkətinə görə, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən də azad edilib.

Müğənni Rüfət Axundova efir qadağası da tətbiq edilməsi barədə telekanallara xəbərdarlıq olunub.

Femida.az

Açar sözlər: #Rüfət_Axundov  

Oxunub: 812