"Kapital Bank"da yeni təyinatlar olub
15:26 12 Aprel 2019
"Kapital Bank"ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.
Femida.az banka istinadən xəbər verir ki, Müştəri menecmenti departamentinin direktoru Samir Məmmədov baş marketinq inzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev baş komplayens inzibatçısı vəzifəsinə təyin olunub.
Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin, Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.
İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.
Bundan başqa Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti, İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.
Oxunub: 623
Oxşar xəbərlər
- Azərbaycanda vergi ödəyicilərinə əmlak və kapital amnistiyası verilə bilər
- Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- İmişli Şəkər Zavodunun nizamnamə kapitalı yenidən artırılıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Naxçıvanda əsas kapitala 77 milyon manat yönəldilib
- Peşə təhsilinə göstərilən qayğı insan kapitalına qoyulan investisiyadır
- Aqrar Sığorta Fondunun Nizamnamə kapitalı və idarəetmə orqanları müəyyənləşib
- Azərbaycanda İsveçrə kapitallı 60 şirkət var
- Əsas kapitala 6 milyard vəsait yönəldilib