Robotu oğru bildilər, silahlı polislər evə basqın etdi - VİDEO


15:34     12 Aprel 2019 19_04_12_1555068890.jpg

ABŞ-ın Oreqon ştatının Biverton şəhərində kuryoz polis əməliyyatı keçirilib.


Vesti.ru-nun məlumatına görə, aprelin 8-də keçirilən qeyri-adi saxlanılmanın görüntüsü polis əməkdaşlarının üzərində olan müşahidə kamerasına düşüb.

911 xilasetmə xidmətinin qaynar xəttinə evdə qarətin baş verdiyi ilə bağlı xəbər daxil olub.

Silahlanmış bir dəstə polis təlim keçmiş itin müşayiəti ilə hadisə yerinə, şübhəlinin axtarışına yollanıb.




Polis əməkdaşları hələ də evdə olduğu bildirilən oğrunu tutmaq üçün içəri daxil olub. Bütün evi ələk-vələk eləsələr də, oğrunun yerinə xadimə-robotu aşkarlayıblar. Qonşuları yanıldan da elə bu “dələduz” robot olub. Onlar “süni intellekti” oğru bilərək polisə şikayət edib.

Açar sözlər:

Oxunub: 803


Oxşar xəbərlər