Cahangir Əsgərov Batumi meri ilə danışıqlar aparıb
16:04 12 Aprel 2019
Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Femida.az-a verilən məlumata görə, mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.
Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.
Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.
Cahangir Əsgərov bildirib ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir.
Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib. Batumi şəhərinin meri qeyd edib ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.
Femida.az
Oxunub: 923
Oxşar xəbərlər
- Cahangir Hacıyev və keçmiş deputat yenidən Ali Məhkəməyə müraciət edib
- Cahangir Hacıyev və Dünyamin Xəlilovun işi ilə bağlı yeni apellyasiya baxışı təyin olunub
- Cahangir Hacıyev Ali Məhkəməyə şikayət verdi
- Cahangir Hacıyevin şikayəti təmin edilməyib
- Cahangir Hacıyevin ərizəsi təmin edilməyib
- Cahangir Hacıyev bəraət istəyib
- Cahangir Hacıyevlə bağlı məhkəmə keçirilib
- Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
- Cahangir Hacıyev apelyasiya şikayəti verib
- Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub