Parisin Notr-Dam kilsəsi yanır - Makron hadisə yerinə getdi (Yeniləndi)

Parisin Notr-Dam kilsəsi yanır - Makron hadisə yerinə getdi (Yeniləndi)


23:41     15 Aprel 2019 2019/04/B6815FDE-E459-492C-B2E6-879EE7E7178E_1555361217.jpeg

Fransanın paytaxtı Parisdə tarixi Notr-Dam kilsəsində çıxan yanğını hələ söndürmək mümkün olmayıb.

Prezident Emmanuel Makron hadisə yerinə gedərək müvafiq tapşırıqlar verib. Baş nazir Eduard Filipp də hadisə yerindədir.

Yanğının hələ də davam etməsi səbəbindən yaxınlıqdakı binalar boşaldılıb.

Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, kilsə yaxınlığındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

***

Fransanın paytaxtı Parisin ən qədim tarixi abidələrindən olan məşhur Notr-Dam kilsəsində güclü yanğın başlayıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə yanğınsöndürən briqadalar cəlb olunub. Kilsənin ətrafı boşaldılıb.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 170


Oxşar xəbərlər