Göygölə getmək istəyənlərin nəzərinə - Giriş pulsuz olacaq


11:10     17 Aprel 2019 2019/04/goygol2_1555485637.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 20-21-də Azərbaycanın bütün milli parklarında “Açıq qapı” günü elan edir. “Açıq qapı” günü aprelin 19-dan 24-dək “Milli parkların marşı” aksiyası ilə əlaqədar keçiriləcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazirlik hər kəsi milli parkların ərazisində yazın yaratdığı özünəməxsus gözəllikləri görməyə dəvət edir.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 488


Oxşar xəbərlər