Kompensasiya ödənişi siyahısında adı olmayanlara VACİB XƏBƏR

Kompensasiya ödənişi siyahısında adı olmayanlara VACİB XƏBƏR


09:33     18 Aprel 2019 19_04_18_1555565614.jpg

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası fəaliyyətə başlayıb.


Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın icrası ilə bağlı şikayətləri araşdıracaq. Apellyasiya Komissiyası ilə yanaşı, banklarda da problemli kreditlərlə bağlı işçi qrupları fəaliyyət göstərirk və vətəndaşları narahat edən məsələlərə aydınlıq gətirir.

Güzəştlərdən faydalanacaq müştərilərin siyahısı dəqiqləşdirilib və fiziki şəxslər bu siyahıda adlarının olub-olmamasını problemli kreditlər üzrə kompensasiya ödənişi və restrukturizasiyası ilə bağlı yaradılan portal vasitəsi ilə yoxlaya bilərlər.

Prezident fərmanı ilə əlaqədar məhkəmələrdə kredit mübahisələri ilə bağlı işlərə baxılması dayandırılıb.

Qeyd edək ki, 2018-ci ildə Ali Məhkəmənin mülki kollegiyasında kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə 3107 qərar qəbul çıxarılıb. / realtv.az



Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 787