Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib
17:32 18 Aprel 2019
Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Femida.az-ın məlumatına görə, dəyişikliyə əsasən, notariuslara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə ədliyyə naziri, onun müavinləri, Ədliyyə Nazirliyinin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri baxacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Femida.az
Oxunub: 513
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə xidmətləri mövzusunda onlayn brifinq keçirilib
- Ədliyyə naziri Kəlbəcərdəki hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib - FOTO
- Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək
- Ədliyyə işçiləri və könüllüləri ağacəkmə aksiyasına qoşulublar
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- Ədliyyə nazirinin müavini tərəfindən verilən hesabat qəbul edildi
- Ədliyyə işçiləri və hakimlər Qarabağ Dirçəliş Fonduna 500 min manat köçürdü
- Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan verib