Universitetin qarşısında meyit tapıldı


12:19     19 Aprel 2019 2019/04/282b7f22f8857fcaa8e5d19645392eb5_1555662103.jpg

Bakıda naməlum kişi meyiti tapılıb.

Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 18-i saat 20 radələrində Mədəniyyət və İncəsənət Universitetinin qarşısındakı yeraltı piyada keçidinin girişində 55-60 yaşlarında kişi meyiti tapılıb.

Meyitin üzərində xəsarətlər aşkar olunmayıb. Yasamal rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Femida.az

Açar sözlər: #Meyit   #Universitet  

Oxunub: 440