Makron Türkiyəni qəzəbləndirdi
16:04 20 Aprel 2019
Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.
Bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır".
Qeyd edilir ki, Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.
Oxunub: 405
Oxşar xəbərlər
- Makron yenidən seçildikdən sonra ilk telefon danışığını Şoltsla edib
- Makron Putin və Zelenski ilə Ukraynadakı vəziyyəti müzakirə edib
- Makron Putin və Zelenski ilə telefonla danışıb
- Makron Baydenlə gəmi qalmaqalını müzakirə edəcək
- Makronu şillələyən fransız: "Peşman deyiləm!"
- Makron koronavirusa yoluxub
- Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi
- Makron Kanadanın baş naziri ilə Qarabağı müzakirə ediblər
- Makron yenidən İlham Əliyevə zəng etdi
- Makronun zəngi, Prezident Əliyevin qətiyyəti - TƏHLİL