“Oğlumdan çox itlə maraqlanırlar” - Hüseynin atası

“Oğlumdan çox itlə maraqlanırlar” - Hüseynin atası


10:42     23 Aprel 2019 2019/04/it-disleyen_1556001988.jpg

“Oğlumu küçə iti dişləyib, hansısa ev iti olsaydı, özüm çoxdan tədbir görərdim. İt quduzlaşmış olduğuna görə oğlumu dişləyəndən sonra ölüb. Uşaqdan çox itlə maraqlanırlar, bildiklərini də, bilmədiklərini də danışırlar”.


Femida.az xəbər verir ki, bunu AzVision.az-a Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it dişləyən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun atası Qismət Məmişov deyib.

Onun sözlərinə görə, həmin it nə onların, nə də başqa ailənin olub: “Mənim it saxlamağa imkanım yoxdur. Biri deyir ki, it bizimdir, digəri başqasının olduğunu deyir. Məni indi it yox, oğlumun vəziyyəti maraqlandırır. Həkimlər deyirlər ki, uşağın vəziyyəti 15-40 gündən sonra dəqiq bilinəcək. İşimiz Allahın ümidinə qalıb, uşaqda quduzlaşmanın əlaməti bu müddət ərzində məlum olacaq. Heç kim deyə bilmir ki, oğlum necə olacaq”.

Qeyd edək ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.

Femida.az

Açar sözlər: İt   Quduz   Xəstəxana  

Oxunub: 1265