Ağdamda yararsız ət aşkarlandı - FOTOLAR
10:36 24 Aprel 2019
Aprelin 23-ü saat 21.00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Aşkarlanmış heyvan cəmdəyinin anti-sanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.
Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırır. Vətəndaşlardan istifadəsi şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 590
Oxşar xəbərlər
- Ağdamda 23 yaşlı gənc itkin düşüb
- Ağdamda mağazadan oğurluq edilib
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib
- Ağdamda 35 yaşlı kişi itkin düşüb
- Ağdamda polis əməliyyat keçirib, qardaşlar saxlanılıb
- Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub
- Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub
- Ağdamda 6 ay əvvəl toyu olan gəlin intihar edib
- Ağdamda evdən 52 min manatlıq oğurluq edilib
- Ağdamda ekskavator minaya düşüb