Komitə sədri vətəndaşları qəbul edib
19:43 24 Aprel 2019
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə bu rayondan, həmçinin Ağdam, Tərtər və Laçından olan vətəndaşları qəbul edib.
Komitədən Femida.az -a verilən xəbərə görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Oxunub: 364
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır - FOTO
- Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Rusiyaya səfər edəcək
- AFFA İntizam Komitəsinin sabiq sədri vəfat edib
- Dövlət Komitəsi: "10 azərbaycanlı tələbə Kiyevdən çıxarılıb"
- Dövlət Komitəsi Ukraynada yaşayan azərbaycanlılara müraciət edib
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Dövlət Gömrük Komitəsinin mülki işçilərinin maaşları artırılıb
- Komitə sədri Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
- Dövlət Komitəsi valideynlərə müraciət edib