İtkin düşən məktəbli ilə bağlı rəsmi açıqlama


19:44     27 Aprel 2019 19_04_27_1556378405.jpg

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu itkin düşən məktəbli ilə bağlı birgə məlumat yayıb.

Femida.az xəbər verir ki, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib:


"Aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib".

Açar sözlər:

Oxunub: 456