Masazırdakı silahlı insidentlə bağlı təhqiqat aparılır


13:55     28 Aprel 2019 2019/04/C5CB70E3-C708-46E0-8735-5A257D5BD8B1_1556445496.jpeg

Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksinin ərazisində silahlı insident baş verib. “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində üç nəfər çoxsaylı qırma yarası alıb.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev isə döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Xəsarət alanlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Onlar atəş açan şəxsin “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsin olduğunu bildiriblər. Faktla bağlı təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 443


Oxşar xəbərlər