ABŞ Azərbaycana 1.3 milyard dollar yardım edib
10:31 30 Aprel 2019
1992-cü ildən indiyə qədər ABŞ Azərbaycana 1.3 milyard dollar yardım göstərib".
Femida.az xəbər verir ki, bunu ABŞ Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Christine Singh ABŞ Dövlət Departamenti, Azərbaycan hökuməti və BMT-nin təşkilatçılığı ilə "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - VI Faza" layihəsi çərçivəsində Bakıda keçirilən Beynəlxalq Miqrasiya Hüququna dair seminarda deyib.
Onun sözlərinə görə, bəzi miqrantlar iş tapmaq məqsədiylə başqa ölkələrə gedirlər: "Amma miqrantlar bununla da insan alverinin qurbanına çevrilə bilərlər. Bir məsələni də qeyd edim ki, Azərbaycan çox zaman bizim yardımımızdan bəhrələnib. Azərbaycan öz sərhədlərinin qorunmasını gücləndirməldiir. Bu, vacib məsələdir. Bu proseslər beynəlxalq miqrasiya siyasətinə uyğun şəkildə aparılmalıdır. Ədlliyyə sektorunda qanununun aliliyinə sadiq olmaq lazımdır. Ümid edirəm ki, bu qanunlara riayət etməklə Azərbaycanın biznes mühiti də təkmilləşdiriləcək".
Oxunub: 426
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb